!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış bəstəkardan SOS SİQNALI: “Mədəniyyət naziri bu işi nəzarətə götürməlidir”

!Reklam – Yazi

“Özü yazır, özü bəstələyir, özü də oxuyur. Fəxrlə də hər yerdə bəstəkaram deyir. Səviyyəsiz mahnılarla gündəmə gəlirlər, on gündən sonra da həmin mahnılar yaddan çıxır. Biabırçılıqdır…”

Bunu tanınmış bəstəkar, Əməkdar incəsənt xadimi Nadir Əzimov Yenicag.az-a açıqlamasında deyib.

Bəstəkar milli musiqimizi son vaxtlar bərbad hala salanlardan danışaraq həyəcan təbili çalıb:

“Bu gün efirlərdə elə mahnılar təbliğ olunur ki, musiqi adına bir ləkədir. Nəticədə, milli musiqimizə böyük zərbə vurulur. Bunun qarşısını almaq çətin məsələdir. Əvvəllər Bədii Şuralar tərəfindən nəzarət olurdu. Tanınmış şair, bəstəkarlar oturub yoxlayırdılar, səviyyəsiz mahnıları efirə buraxmırdılar. İndi belə deyil, müğənni pulunu verib çıxır efirə. Bunun qarşısı mütləq şəkildə alınmalıdır. Tək bir insanın, musiqiçinin, bəstəkarın danışması, tənqid etməsi ilə heç bir nəticə hasil olmayacaq. Bunun üçün Mədəniyyət Nazirliyi səviyyəsində iş görülməlidir. Xüsusi nəzarət olmalıdır. Baxırsan, elə adamlar var, musiqidən xəbəri yoxdur, layiq olmadığı halda fəxri ad alıb. Mindən çox əsər yazmışam, çoxu da populyardır. Şükür Allaha ki, bu əsərləri xalq da bəyənir. Sağ olsun dövlətimiz də həmin əsərləri dəyərləndirir”.

Bu gün doğum günü olan bəstəkar təəssüratlarını da bölüşüb. Təmtərağı sevməyən musiqiçi onun üçün rəqəmlərin də əhəmiyyət daşımadığını deyib:

“Yaş neçə olursa-olsun, rəqəmlərin mənim üçün heç bir əhmiyyəti yoxdur”.

Cəvahir

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv