!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış bloqer Səfər Eyvazov saxlanıldı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyə Daxili İşlər Nazirliyi eyni anda 37 şəhərdə “Tiktok” əməliyyatı keçirib və 120 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, saxlanılanlar arasında azərbaycanlı məşhur bloger Səfər Eyvazov da var. O İstanbulda qaldığı oteldə saxlanılıb.
Səfər Eyvazovla bərabər saxlanılan bəzi türk tiktokçular ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Azərbaycanlı bloger isə 3 gündür ki, saxlanılır. Onun haqda yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, cinayətkar şəbəkə bir çox “TikTok” fenomenləri ilə sövdələşmələr edib və milyonlarla pul qazanıblar. Onlar canlı yayım açan fenomenlərə yüz minlərlə dəyərində hədiyyə göndəriblər, daha sonra isə o pulun 80 faizini “fenomen”dən geri alıblar.
Bundan sonra isə “Tiktok”a və banklara zəng edərək “Kartımdan xəbərim olmadan istifadə olunub” deyərək pullarının tam hissəsini də geri qaytarıblar və 2 qat qabağa düşüblər.

Araşdırma nəticəsində cinayətkar şəbəkənin 4 mindən çox bank kartı ilə sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə köçürdüyü müəyyən edilib.
Məhkəmə qərarı ilə 42 fenomenə aid 1700 bank hesabı, bütün virtual valyuta aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətin ortaqlıq payı müsadirə edilib./azxeber.com/

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv