!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış ekspert niyə “kölgə”yə çəkilib? – Azər Həsrətin “sükut moratoriumu” davam edir - REPLİKA

!Reklam – Yazi

Ölkə mediasının tələb edilən və jurnalistlər üçün daim əlçatan ekspertlərdən, Prezident İlham Əliyevin siyasi kursunun alovlu müdafiəçilərindən biri olan Azər Həsrət artıq bir aya yaxındır, mətbuatın suallarını cavablandırmaqdan imtina edir.

Yenicag.az xəbər verir ki, bu barədə qərarını özünün “Facebook” hesabında bəyan edən siyasi şərhçi və media eksperti Azər Həsrət belə bir addım atmağını “bəzi məsələlərin aydınlaşdırılmasına yönəlik zərurət”lə əsaslandırmışdı. Yeri gəlmişkən, o, xatırladılan mesajından az sonra “Facebook” hesabını da bağlayıb.

Lakin aradan keçən müddət ərzində Azər Həsrətin ekspert fəaliyyətini hələ də bərpa etməməsi ortaya müəyyən suallar çıxarır. Bir neçə xarici dili mükəmməl bilən, beynəlxalq platformalarda və sosial şəbəkələrdə Azərbaycanın maraqlarını güzəştsiz müdafiə edən, ölkənin müsbət imici adına ardıcıllıqla çalışan şəxsin incə eyhamın yer aldığı tək mesajla meydandan çəkilməsi sıradan hadisə sayıla bilməz.

Hər halda, bir ay özlüyündə heç də kiçik müddət deyil və bu vaxt ərzində ekspertin nəzərdə tutduğu məsələlərdə müəyyən aydınlaşmanın olması mümkün idi. Ancaq görünür, heç bir dəyişikliyin olmaması Azər Həsrətin “sükut moratoriumu”nu indiyə kimi davam etdirməyini şərtləndirir.

Əldə etdiyimiz məlumata görə, Azər Həsrətin bu qərara gəlməyinin əsas səbəbi haqq etdiyini düşündüyü diqqətdən kənar qalmasıdır. Başqa sözlə, “ortada yeyib, qıraqda gəzənlər”in dəyər qazandığı şəraitdə onun fəaliyyətinə qiymət verilməməsi, bu da azmış kimi müxtəlif dairələr tərəfindən sıxışdırılması eksperti “sirrə qədəm qoymaq” məcburiyyətinə gətirib. Bu vəziyyətin nə qədər davam edəcəyini isə ekspertin özündən başqa kimsə bilmir…

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv