!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tanınmış jurnalist baş redaktor təyin edildi

“Azəri-Press” İnformasiya agentliyindəki redaktor postundan ayrılan tanınmış jurnalist Qalib İbrahimoğlu yeni vəzifəyə təyin edilib.

Yenicag.az-ın məlumatına görə, Qalib İbrahimoğlu bakivaxti.az saytına baş redaktor təyin edilib.

Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub.

1992-1998-ci illərdə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) ali təhsil alıb.

1996-cı ildə Bakıda nəşr olunan “Hürriyyət” qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.

1997-ci ildə “Bu gün” qəzeti baş redaktorunun I müavini, sonra “Hürriyyət” qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1998-1999-cu illərdə “Azadlıq” və “Kaspi” qəzetlərində müxtəlif postlar tutub.

1999-cu ildən 2019-cu ilə qəsər “Ekspress” qəzetində redaktor işləyib.

2019-cu ildən APA İnformasiya Agentliyində redaktor idi.

www.yenicag.az

143
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100