!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalist efirə qayıtdı - FOTO

!Reklam – Yazi

Tanınmış jurnalist Ceyhun Səfər yenidən televiziyada aparıcılığa başlayıb.

Yenicag.az xəbər verir ki, o bu barədə feysbukda bildirib.

“Əziz dostlar, əslində bir aydan çoxdur “Baku TV” ailəsi məni öz sıralarına qəbul edib. Əvvəlcə “Baku Aktual” verilişində oldum, artıq bir müddətdir ki, saat 20:00 xəbərlərində günün əsas xəbərləri barədə danışırıq. “Baku TV” ailəsinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq. 20 illik xəbər aparıcılığı sahəsindəki təcrübəmi sizinlə bölüşməyimə şadam. Necə ki həmişə sağollaşanda deyirəm: özünüzə yaxşı baxın!”, – deyə o qeyd edib.

Qeyd edək ki, C. Səfər, həmçinin “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində işləyir.

Aparıcı bundan əvvəl ATV və “Space” telekanallarında çalışıb.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv