!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalist OD PÜSKÜRDÜ: "Buna bir baxan yoxdurmu bu ölkədə?"

!Reklam – Yazi

“Azərbaycanlılar Ermənistandan qovulmağa başlayanda bu Rəsul bizim deyil, Ermənistanın tərəfində durmuşdu”.

Bunu tanınmış jurnalist Azər Həsrət Azərbaycan Rus Gəncləri Assosiasiyasının Bakıdakı Rus Evinin dəstəyi ilə rus şair Rəsul Həmzətova həsr olunmuş tədbirin keçirilməsinin planlaşdırılmasına etiraz olaraq sosial şəbəkə hesabında yazıb.

“Azərbaycan Rus Gəncləri Assosiasiyası Bakıdakı Rus Evinin dəstəyi ilə bu anti-Azərbaycan, erməni dostu Rəsul Həmzətovu bizə az qala müqəddəs adam kimi təqdim edir! Buna bir baxan yoxdurmu bu ölkədə? Və bu Azərbaycan rusları niyə Azərbaycanın maraqlarına zidd hərəkətləri Bakının tən ortasında, heç kimdən çəkinmədən gerçəkləşdirə bilirlər? Onlar əgər özlərini Azərbaycanın bir parçası sayırlarsa, zəhmət çəkib erməni dostu olan Rəsul Həmzətov kimiləri bizə yenidən sırımasınlar! Azərbaycanlılar Ermənistandan qovulmağa başlayanda bu Rəsul bizim deyil, Ermənistanın tərəfində durmuşdu. Elə sonrakı illərdə də bu adam ermənilərlə cici-bacılığını davam etdirdi. Ölənə kimi özü də…” – deyə o qeyd edib.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv