Tanınmış jurnalistin deputatlığa namizədliyi qeydə alındı

Jurnalist Aygün Süleymanlının deputatlığa namizədliyi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

A.Süleymanlının namizəldiyi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən irəli sürülüb.

Qeyd edək ki, Aygün Süleymanlı mətbuatda Aygün Muradxanlı imzası ilə tanınır.