!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış kinorejissor: “Qızıl deyil ki, qazdıq, çıxmadı deyək”

!Reklam – Yazi

“Kino Agentliyindən bir istəyimiz var ki, filmlərin sayı artırılsın…”

Bunu kinonun bugünkü durumu ilə bağlı fikirlərini bölüşərkən tannımış rejissor Tahir Əliyev (Tahir Tahiroviç) Yenicag.az-a açıqlamasında deyib.

Rejissor keyfiyyətli filmlərin ərsəyə gəlməsi üçün ilk növbədə filmlərin sayının artırılmasını məqsədəuyğun sayır:

“Milli kinomuzun bugünkü durumu ilə bağlı fikirlər müxtəlifdir. Elə rejissorlar var ki, onlar bu gün kinonun vəziyyətini yaxşı hesab edirlər. Qızıl deyil ki, qazdıq, çıxmadı deyək. Ümumi götürəndə demək olmaz ki, kinonun vəziyyəti acınacaqlı durumdadır. Film çəkən, əlində işi olanlar hesab edir ki, vəziyyət yaxşıdır. Sadəcə olaraq filmlərin sayını artırmaq lazımdır. Biz kino işçiləri say etibarı ilə o qədər də çox deyilik. Yığışsaq, ümumi yüz nəfər olarıq.

Çox istərdim ki, bu yeni yaranan Kino Agentliyi il ərzində çəkiləcək filmlərin sayını artırsın. Tammetrajlı filmlərin sayı beşə, sənədli filmlərin sayı iyirmi beşə qaldırılsın. Qısametrajlı filmlərin də sayı artsın. Əsas məsələ isə büdcə ilə bərabər studiyaların sayını artırmaqdır. Kəmiyyətin artması keyfiyyətə də təsirini göstərəcək. İşimizi kənara atıb vaxtımızı, enerjimizi kimlərləsə mübarizəyə həsr etməyimiz də düzgün deyil. Hər halda vəziyyətin tam düzəlməyinə inanmıram, amma ümidliyəm. Ümumiyyətlə bütün kino cameəsinin razı qalmasına inanmaq çətin məsələdir”.

Cəvahir

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv