!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış klarnet ifaçısı ƏSƏBLƏŞDİ: "Bu, rəzalətdir"

!Reklam – Yazi

“Elə ifaçıları biri dinləmir, ikisi dinləmir, amma üçüncüsü dinləyir. Elə ifaçılar gənc nəslin zövqünü korlayır, onlar bizim sənətə ləkədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu efirdə deyib.

O, şou naminə sənəti gözdən salan, musiqi adına ləkə gətirən qeyri-peşəkar ifaçılarla bağlı sərt fikirlər səsləndirib:

“Musiqini şouya çevirirlər. Biri dizini yerə atıb qarmon çalır, digəri klarneti elə ifa edir ki, cavanlar baxıb elə bilir sənət budur. Olmaz belə. Gənclər o videoları çəkib sosial şəbəkələrdə paylaşır. Camaat da baxıb dinləyir, yazırlar, “əhsən, sənəkar qardaşım”, “canavar qardaşım” və s. Bu, böyük bir rəzalətdir. Çünki biz sənətçi olaraq düşmənlərimizlə misiqilərimizə görə müharibə aparırıq. Axı Azərbaycan klarneti yazanda dediyim o ifalar da qarşıya çıxır. Bu, heç də yaxşı göstərici deyil”.

Cəvahir

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv