!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış meyxanaçı: “İstəsinlər də, kimdir onlara pul verən?”

!Reklam – Yazi

“Efir sahibi heç kimə deməz ki, sənə pul verirəm, gəl çıx verilişə…”

Bunu müğənnilərin efirə çıxması üçün qonorar tələbinə münasibət bildirən tannımış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi Azərbaycanda belə bir təcrübənin olmadığını əsas gətirərək, bunun mümkünsüz olduğunu bildirib:

“Azərbaycanda yox, Türkiyə və digər ölkələrdə belədir ki, müğənni efirə çıxmaq üçün pul tələb edir və ona qonorar ödənilir. Bizdə elə bir təcrübə yoxdur və əvvəldən də heç vaxt olmayıb. Belə də ki, istəyirlərsə, istəsinlər də. Kimdir onlara pul verən? Versələr də lap yaxşı. Elə onda hamıya versinlər, hamı pul qazansın.

Elə tanınmış sənətkarlar var ki, heç onlar bu tələbi irəli sürmür. Ona qalsa, həmin müğənnilər gərək ikiqat qonorar istəsin. Efir sahibi heç kimə deməz ki, sənə pul verirəm, gəl çıx verilişə. Əksinə, efir yiyəsi özü maraqlıdır ki, kimisə verilişə çağırıb, onun özündən pul alsın. Mən onu bilirəm ki, tanınmış sənətçilərlə efir arasında təmənna olmur. Tanınmışlar istədikləri vaxt pulsuz efirə çıxır. Aparıcılar da istədikləri vaxt onları verilişə çağırır. Tanınmamış müğənnilər isə efirə çıxmaq istəyəndə pul verir. Əvvəl də belə olub, indi də belədir. Mənə elə gəlir ki, bu qayda-qanunu dəyişmək çətin məsələdir”.

Cəvahir

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv