!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış meyxanaçı üçün YARDIM ÇAĞIRIŞI: “Həyatı təhlükədədir”

!Reklam – Yazi

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən məşhur meyxanaçı Xəyyam Quliyev təcili əməliyyat olunmalıdır. Lakin ailəsinin maddi durumu buna imkan vermir.

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış meyxanaçı Oqtay Kamil danışıb.O, sənət dostunun həyatını xilas etmək üçün imkanı çatanlardan maddi-mənəvi kömək istəyib:

“Hər kəs bilir ki, həmkarımız və sənət dostumuz məşhur meyxanaçı Xəyyamın ürəyində ciddi problemlər var. Onun nəbzi 40-a çatmalıdır ki, əməliyyat oluna bilsin.

Əməliyyat olunması üçün isə külli miqdarda pul lazımdır. Ailəsinin maddi imkanı yoxdur. Lakin buna rəğmən, o barədə danışmaq istəmirlər.

Amma ona dəstək olmalıyıq. Sənət dostlarımız başda olmaqla, hər kəsə üzümü tutub deyirəm, bir insan həyatı təhlükədədir. Dua edin, maddi dəstək göstərin”.

Cəvahir

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv