!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış meyxanaçıdan SƏRT İSMARIŞ: “İnsanın bir az həyası olar”

!Reklam – Yazi

Aşıq Əli Tapdıqoğlunun, “Biabırçılıq bundadır ki, tanınmış xanəndələr oturub, meyxanaçı muğam oxuyur”, – açıqlaması meyxana cameəsində birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən tanınmış meyxanaçı Mehman Əhmədli səs diapazonu imkan verdiyi halda meyxanaçının muğam oxumasında heç bir qəbahət görmədiyini bildirib. Lakin muğamatdan xəbəri olmayan birinin xanəndə yanında muğam oxumasına isə sənətçinin cavabı fərqli olub:

“Baxır. meyxanaçı o muğamı oxuya bilir, ya yox. Elə meyxanaçılar var ki, “Hamı oxuyursa, mən də oxumalıyam”, – deyib nəsə oxumağa çalışır. Ya görürsən, musiqili meyxana adı ilə mahnılar oxuyur, ya elə səsi oldu-olmadı. oxuyur. Elə meyxanaçılar da var, xanəndələrin yanında özünü oxuyan kimi göstərir. Hansı ki, heç muğamın incəliklərindən xəbəri belə yoxdur. Özü üçün yalandan “ha-ha-ha” eləməklə deyilik ki?! Əlbəttə, elələrini mən də dəstəkləmərəm və bunu ayıb bilərəm. İnsanın bir az həyası olar. Amma o meyxana deyənin əgər səsi varsa, muğam oxuya bilirsə, burada heç bir qəbahət görmürəm. Çünki elə meyxanaçılarımız var ki, bir çox müğənnilərdən gözəl, savadlı oxuyur. Misal da çəkə bilərəm. Biri elə Vasif Əzimov. Həm meyxanaçıdır, həm də gözəl mahnılar ifa edən müğənni. Əgər o bacarırsa, səsi buna imkan verirsə, muğam ifaçısı da onu dəstəkləyirsə, burada nə problem ola bilər?! Demək ki, istedadı buna imkan verir. Eləcə də digərləri. Adamın həm şairliyi, həm gözəl səs diapazonu varsa və muğam da ifa edirsə, bu həm də meyxanaçının üstünlüyüdür”.

Cəvahir

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv