!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənni ƏSƏBİLƏŞDİ: “Mahnınla tutuzdura bilərsən, bəs sənətinlə ortaya nə qoymusan?”

!Reklam – Yazi

“Sən mahnı ilə uzağı bir ay, iki ay tutuzdura bilərsən…”

Yenicag.az xəbər verir ki, bu sözləri səsi, sənəti olmayan, bayağı mahnıları ilə “tutuzduran” müğənnilərlə bağlı fikirlərini bölüşərkən müğənni Eldar Ələkbərov deyib.

O, üzünü həmin şou əhlinə səslənərək, sərt iradlar bildirib:

“Bir çox oxuyanlar özlərini dəliliyə qoyublar. Amma vicdanları ilə üz-üzə qalanda sənətlərinin nə olduğunu özləri də yaxşı bilirlər. Sadəcə, Allah heç kimin utanan sifətini almasın.

Sən mahnı ilə uzağı bir ay, iki ay tutuzdura bilərsən. Bahalı evin də, bahalı maşının da ola bilər. Lap toya 10 minə də, 20 minə də gedərsən… Amma gəl görək sənətinlə nə qoymusan ortaya? Pis oxuyursan, amma qazanırsan, Allah qismətini versin. Bir az sakit dur. Hər şeyə qarışma. Sənət var axı, onu danmaq olmaz. Böyük sənətkarları – Nisə Qasımovanı, Firuzə İbadovanı və digərlərini unutmaq olar?”

Cəvahir

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv