!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənni: “Sənətdə və şəxsi həyatda abır-həya çox önəmlidir”

!Reklam – Yazi

“Özlərini gündəmə gətirmək üçün istər tanıdığm, istərsə də ünsiyyətdə olmadığım, adını belə bilmədiyim insanlar mənimlə qalmaqal yaratmaq istəyiblər. Amma heç vaxt elə insanlara əhəmiyyət verməmişəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Əflatun Qubadov “Sənət aləmində sizi qalmaqala çəkmək istəyən insanlar olubmu və onlara reaksiyanızı necə bildirmisiz?”, sualını cavablandırarkən deyib.

Heç vaxt adı qalmaqallarda hallanmayan Ə.Qubadov buna necə nail olmasının səbəblərini də açıqlayıb. O, istər həyatda, istərsə də sənət aləmində abır-həyanın birinci şərt olduğunu deyib:

“İlk gündən şou aləmdən uzaq olduğumu vurğulamışam. Bu sənətdə ləyaqətimi hər şeydən üstün tutmuşam. Gündəmdə ucuz qalmaqallarla yox, sənətimlə qalmağa çalışmışam. Hər bir insan şəxsiyyətini qorumalıdır. Söhbət təkcə sənət adamlarından getmir. İstər sənətdə, istər şəxsi həyatda abırlı və həyalı olmaq lazımdır. Bu, tək xanımlar üçün yox, kişilər üçün də önəmlidir.

Sənətimi və şəxsiyyətimi puldan, vardan üstün tutduğum üçün bu gün bu yerdəyəm. İllərdir bu sənət yolunda davam edirəm, hələ bir dəfə də olsun toyda fonoqram oxumamışam. Belə şeylər sənətə xələl gətirir. Getdiyim hər toyu özümə yaxın bilib, hörmətlə yanaşmışam, böyüyün kiçiyin yerini bilmişəm. Ona görə də, bir dəfə getdiyim qapıya dəfələrlə dəvət olunmuşam.

Həmişə istəyim bu olub ki, Allah sənətimə və şəxsiyyətimə olan sevgini mənə çox görməsin”.

Cəvahir

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv