!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən bayağı mahnıların təbliğinə ETİRAZ: “Kənar ladlar, əcnəbi ritmlər…”

!Reklam – Yazi

“Kənar ladlar, əcnəbi ritmlər bizim klassik və milli musiqi ənənələrimizi korlayır”.

Bu sözləri Azərbaycanı bir çox nüfuzlu beynəlxalq musiqi müsabiqələrində təmsil edən müğənni Aynur İsgəndərli Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi efirləri zəbt edən bayağı musiqilərin geniş təbliğ olunmasına qarşı çıxıb:

“Bayağı musiqilər efirdə səsləndirilməməlidir. Həmin mahnılar sosial şəbəkələrdə izlənilirsə, bu o demək deiyl ki, televiziya və radiolara da ayaq açmalıdır. Azərbaycan musiqisi çox zəngindir.

Bizim Cahangir Cahangirov, Səid Rüstəmov, Fikrət Əmirov, Elza İbrahimova, Oqtay Rəcəbov və digər dahi bəstəkarlarımız var axı… Onların musiqiləri ola-ola, efirlərdə niyə bayağı musiqilər səslənməlidir?

Qəti şəkildə bunun əleyhinyəm. İstedadlı gənc müğənnilərimizə, bəstəkarlarımıza dəstək olmaq lazımdır. Efirlərdə həmin gənc bəstəkarların musiqiləri səsləndirilməlidir, nəinki mənşəyi məlum olmayan, yad ritmlərdən və ladlardan ibarət olan mahnılar…

Bizim musiqi zövqümüz belə mahnılarla formalaşmamalıdır. Televiziya güzgüdür, ona uşaqlar, yeniyetmələr, gənclər baxır. Onlar bu musiqiləri dinləyib, belə mahnılarla böyüyüb tərbiyələnməməlidir.

Bunu fəlakət hesab edirəm. Axı bizim musiqimiz heç vaxt bayağı olmayıb. Kənar ladlar, əcnəbi ritmlər bizim klassik və milli musiqi ənənələrimizi korlayır. Belə şeylərə xüsusi nəzarət olmalıdır”.

Cəvahir

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv