!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən SƏRT İRAD: “Bunu özünə prestij sayır”

!Reklam – Yazi

“Azərbacanlı müğənni kimi təqdim olunurlar, amma gedib başqa ölkələrdə xarici mahnılar ifa edirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elçin Hüseynov deyib.

Sənətçi öz musiqilərinə xor baxan, başqa xalqların musiqilərini oxumağı özünə prestij sayan həmkarlarına səslənib.

“Azərbacanlı müğənni kimi təqdim olunurlar, amma gedib başqa ölkələrdə xarici mahnılar ifa edirlər. Söz yox ki, o mahnıların da yeri olur. Amma yersiz yerdə oxunan musiqilər heç kimə çatmır. Bir var gözəl şanson musiqilər, bir də rusun küçə musiqisi… İndi dəb düşüb, Azərbaycan dilində düzgün danışa bilmədiyi halda iki rus sözünü dalbadal qoşub danışır və bunu özünə prestij sayır. Amma ən gözəl musiqi elə Azərbaycan musiqisidir”.

Müğənni Türkiyədə toya dəvət alan və toyda xarici mahnılar oxuyarkən iradlara tuş gələn bir həmkarının da ünvanına sərt fikirlər səsləndirib:

“Öz musiqimizi ifa edin. Türkiyəyə toya getmisən və səni Azərbaycan mahnıları oxumaq üçün dəvət ediblər. Niyə, öz musiqilərimiz qalıb, başqa xalqların mahnılarını oxuyursan”.

Elçin ad çəkməsə də, həmin müğənninin tanınmış sənətçi olduğunu və ə zəng edib ona iradını bildirəcəyini də deyib.

Qeyd edək ki, Elçin Hüseynov bunu efirdə söyləyib.

Nehru

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv