!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən SƏRT İRAD: “Nə sözü sözdür, nə musiqisi musiqi, di gəl ki…”

!Reklam – Yazi

“Nə sözü sözdür, nə musiqisi musiqi, bilinmir nədir. Amma onu elə gözəl dinləyirlər ki, qalırsan, mat-məəttəl”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Zakir Əliyev efirdə deyib.

Sənətçi toy şənliklərində oxunan bayağı mahnılardan danışıb, onları toya dəvət edən ev sahiblərini qınayıb:

“Gedirsən toy şənliklərinə, elə mahnılar ifa olunur, qalırsan, mat-məəttəl ki, bu nə musiqidir? Nə sözü sözdür, nə musiqisi musiqi, bilinmir nədir. Amma onu elə gözəl dinləyirlər.

Mahnı səslənən kimi hamı düşür ortalığa, başlayır həvəslə oynamağa. Gördüklərinə məəttəl qalırsan… Gəlib toy yiyəsi özü deyir, bu nə mahnılardır bunlar oxuyur? Deyirəm, elə siz özünüz sənətkar bilib, bu adamları çağırmısınız məclisinizə, o da gəlib oxuyur, mən ona nə deyim? Özləri çağırır, özləri də narazılıq edir. Eləsinə deyirəm, zəhmət çəkin, gedin, oturun, qulaq asın, gedin, oynayın”.

Nehru

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv