!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən SƏRT İSTEHZA: “Onlara 30 manat verib oxutmaq daha sərfəlidir, nəinki...”

!Reklam – Yazi

“Əsl sənətkarları tədbirlərə çağırıb onlara yetərli məbləğdə pul vermək restoran rəhbərlərinə sərf etmir”.

Bu fikirləri ölkənin sənət aləmindəki mövcud vəziyyəti dəyərləndirən tanınmış müğənni Sevinc Musayeva Yenicag.az-a açıqlamasında deyib.

O, sözügedən sahədəki bərbad durumdan gileylənərək bu vəziyyətin yaranmasının səbəblərini belə izah edib:

“Sənət dünyası bərbad duruma düşüb. Artıq bu sənətlə pul qazana bilmirik. Son dövrləri götürsək, yeni mahnı da yazdırmıram. Çünki o məbləği qazana bilmirəm ki, həmin mahnıya ürəklə pul xərcləyim. Bilirəm ki, sadəcə, məhdud auditoriya dinləyəcək, mahnı elə “YouTube”da qalacaq.

Bu gün sənətlə məşğul olan insanların çoxu şou-proqramlara getmir. Çünki onlara təklif olunan pul qaneedici deyil. Müğənni yalnız makiyaj üçün azı 50 manat xərcləyir. Mən özüm bəlkə də 8 ildir, şou-proqramlara qatılmıram.

Bunun da səbəbi var. Yayda ailəmizlə dincəlməyə gedəndə, açıq havada təşkil olunan şou-proqramlara baxıram. Orada bir nəfər də olsun, efir müğənnisi görmürəm. Dediyim kimi, ciddi sənətlə məşğul olan müğənnilər şou-proqramlara getmirlər.

Son illər zövqlər də çox dəyişib. Əsl sənətkarları tədbirlərə çağırıb onlara yetərli məbləğdə pul vermək restoran rəhbərlərinə sərf etmir. Amma göbələk kimi çoxalan müğənniləri çağırıb az qonorarla oxudurlar. Hansı ki o müğənniləri heç yerdə tanımırlar.

Həmin “sənətçi”lərin səhnə davranışı və geyimləri də bərbaddır. Xanım müğənni “krassovka” ilə səhnəyə çıxır. Onların səhnədə geyindiyi o sarafanı mən evdə geyinirəm. Ev sarafanı ilə, saçları bərbad vəziyyətdə mahnı oxuyurlar.

Bunun səbəbini soruşanda da deyirlər ki, onlar ucuz qiymətə gəldikləri üçün çağırırıq. Onlara 30 manat verib oxutmaq daha sərfəlidir, nəinki ciddi sənətçiyə 300 manat vermək. O 30 manata gələnlər də nə makiyaja pul xərcləyir, nə geyiminə, idman ayaqqabısı, sarafanla gəlib oxuyur, çıxır gedir evinə. Uzaqbaşı benzinpulu çıxır”.

Cəvahir

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv