!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən SƏS-KÜYLÜ AÇIQLAMA: “Onlara Rusiyada qəşəng pullar xərcləyirlər”

!Reklam – Yazi

“Müsiqi duyumu zəif olan müyyən bir kütlə də elə bilir ki, onlar “babat” oxuyanlardır”.

Bu sözləri telekanalları və radioları bürüyərək geniş təbliğ olunan bayağı mahnılarla bağlı fikirlərini bölüşən tanınmış müğənni Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi o cür bayağı mahnı ifaçılarının təbliğ olunmasının səbəblərini açıqlayıb:

“Bayağı mahnılar həmişə olub, yenə də olacaq. Elə mahnıların efirdə təbliğatına gəlincə, özəl kanallardır, müğənni qonorarını ödəyir və çıxıb mahnısını oxuyur.

Rusiyada yaşayan bəzi imkanlı iş adamları var ki, həmin müğənniləri toylarına, məclislərinə dəvət edərək onlara qəşəng-qəşəng pullar verirlər. O pulları da oxumaqlarına görə yox, başqa “bacarıqlarına” görə verirlər.

Ancaq hər şeyi açıb demək də olmur. Həmin oxuyanlar da o pulları reklamlarına buraxırlar. Müsiqi duyumu zəif olan müyyən bir kütlə də elə bilir ki, onlar “babat” oxuyanlardır. Amma bilmirlər ki, onların oxuduqları “üçgünlük”, “beşgünlük” mahnılardır.

Nəticədə o insanlar musiqimizi bərbad günə qoyur. Amma əsl musiqiyə dəyər verən qədirbilən insanlar da var. Xalqım yaxşı bilir, əsl musiqi hansıdır və əsl sənətkar kimdir. Pisi-yaxşıdan ayırmağı bacarır”.

Cəvahir

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv