!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: “Anam qanını satırdı, 250 qramına 25 manat verirdilər” - FOTO

!Reklam – Yazi

“Təzə söhbət deyil ki, bunların hamısını mən özüm demişəm. Həyatımın çətin günləri barədə danışmışam, çox adam bilir. Amma başqalarının bunu deməsi nəyə lazımdır axı?”

Bunu tanınmış müğənni Əli Mirəliyev həmkarı, Əməkdar artist Cavanşir Məmmədovun onun sənətə dərzilikdən gəlməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Ə.Mirəliyev həmkarı Cavanşirdən incimədiyini desə də, ürəyini boşaldıb:

“Atamın dərzi olduğunu, mənə də bu sənəti öyrətdiyini dəfələrlə efirdə demişəm. Cavanşir mənim dostum, qardaşımdır. Deyibsə də, özü bilər. Söhbət Cavanşirdən getmir. Əslində, mən boş-boş şeylərə də fikir vermirəm. Bəzən kimsə kiminsə haqqında fikir bildirir, sonra deyir, deməmişəm. Mən dediyim sözün həmişə arxasındayam. Kiməsə xoş gəlmək üçün başqaları haqqında fikir bildirmirəm. Nala-mıxa vurmuram. Ağzımdan o söz çıxıbsa, arxasında da dururam. Ya naldır, ya da mıx. Məndə vergül yoxdur, birbaşa qöqtəsini qoyuram. Camaatı çaşdırmaq lazım deyil. İnsanın bir sifəti olar. Bütün sahələrdə belədir e… Hələ yaltaqlıq incəsənət sahəsində nisbətən azdır. Yaltaqlar var e, sabunlanıb gedib girirlər ora-bura. İncəsənətdə sadəcə olaraq paxıllıq var.

Atam dünyasını dəyişəndən sonra heç bilmədi, mən dərziliklə məşğul olmuşam, ya toylara getmişəm. Rübabə Muradova, Qulu Əsgərov kimi sənətkarlarla. Atam bu xoş günümü görmədi. Mən uşaq olanda anam qanını satırdı, 250 qramına 25 manat verirdilər, bizi saxlayırdı. Başı gicəllənirdi, yıxılırdı. Heç uşaq olanda bunun səbəbini bilmirdim. Buları özüm danışmışam hər yerdə. Başqasının deməyinə heç ehtiyac da yoxdur. Amma Cavanşir deyibsə, özü bilər. İllərlə aramızda olan dostluğu qırıb ata bilmərəm”.

Qeyd edək ki, Cavanşir Məmmədov Əli Mirəliyev haqqında açıqlamasında belə deyib:

“Əli sənətə dərzilikdən gəlib. Mən bu sözləri deməklə onu aşağılamaq istəmirəm. Dərzilik incəlik və dəqiqlik tələb edən bir peşədir. Əli Mirəliyev bu incəliyi öz sənətində göstərə bilir”.

Cəvahir

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv