!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən toylarla bağlı qərarın ləğvinə REAKSİYA

!Reklam – Yazi

“Bu qərar insanların canını əziyyətdən qurtardı…”

Bu sözləri şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbinin ləğv olunmasına münasibət bildirərkən tanınmış müğənni Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi təkcə musiqiçilərin deyil, hər kəsin üzləşdiyi əziyyətin sona çatdığını bildirib:

“Çox yaxşı xəbər oldu. Bu qərara görə insanlar çox əziyyət çəkirdi. Bir toy məclisinə, azı, 200-400 adam gəlirdi. Bir-bir portalda olan adlar yoxlanılırdı. Çox əziyyətli bir proses idi. Toy sahibi, toya dəvətlilər, eyni zamanda, o insanları bir-bir yoxlayan polislər üçün də çətin idi. Canımız qurtardı.

Sənət adamları üçün əvvəllər məhdudiyyətlər var idi, işimizə mane olurdu. Çünki maddi durum da yaxşı deyildi. Toy elədir ki, çoxunun qazanc yeri buradan çıxır. Musiqiçidən tutmuş, sıravi restoran işçilərinə qədər. Pandemiya ilə əlaqədar toylarla bağlı verilən qərarlar dolanışığa mənfi təsir etmişdi. Tək bizim ölkədə deyil, bütün dünya bu böhranla üz-üzə idi. Şükür ki, bu qərarlar artıq ləğv olundu. Əvvəlki gözəl günlərə qayıdırıq. Təki toylar bol olsun, xalqımız şadyanalıq etsin”.

Cəvahir

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv