!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənniyə TREND BASQISI: “Deyirlər, pul ver, mahnılarını...”

!Reklam – Yazi

“Bilsəm ki xeyri var, heç verilişlərə də getmərəm, bütün günü mükafat dalınca düşərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “Gül kimi şou” verilişində deyib.

Sənətçi bu gün məşhurlaşmağın daha asan olduğunu bildirib:

“Bu gün tanınmaq çox asandır. Bunun üçün sosial şəbəkələr var. Mənə o qədər təkliflər olunub ki, pul ver, mahnını trendə salaq. Razılaşmamışam. Çünki saxta şeylər nəyimə lazımdır?

Pul verib saxta mükafatlar da almamışam. Belə təkliflər çox olub, amma razılıq verməmişəm. Evdə nə qədər istəsəniz, mükafatlarım var. Hamısını yığmışam bir torbaya. Qalıb, üstünü toz basır.

Ürəyimdə fikirləşirəm ki, bunlar mənim nəyimə lazımdır? Bu qədər mükafatım var, amma onların mənə bir xeyri dəyir? Yox! Bilsəm ki xeyri var, heç verilişlərə də getmərəm, bütün günü mükafat dalınca düşərəm”.

Müğənni illərdir, sənətdə olsa da, hələ fəxri adının olmadığından da gileylənib:

“Məni kim görürsə, soruşur ki, niyə fəxri ad almamısan? Neçə illərdir səhnədəyik. Sənətə məndən sonra gələn ifaçıların da fəxri adları var. Amma mən heç vaxt fəxri ad dalınca qaçmamışam. Qismətimdə varsa, olarsa, nə yaxşı, olmazsa da neyləyək…”

Nehru

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv