!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış prodüser: “Heç kim məcbur etmir "TikTok"da özünü əxlaqsız aparan adamları izləyəsən?”

!Reklam – Yazi

“Heç kim heç kimi məcbur etmir ki, özünü əxlaqsız aparan, davranışları ilə ikrah doğuran adamlara, yaxud da pula görə yalvaranlara bax və hədiyyə göndər”.

Bunu bu gün “TikTok”da pul qazanan məşhurları qınayanlara cavab olaraq tanınmış prodüser Sayqa Cahid Yenicag.az-a açıqlamasında deyib.

Prodüser kimlərəsə yalvarıb, bunun müqabilində pul qazanan insanlara da münasibət bildirib:

“Xəstə olduğum vaxtlarda mən də yaxın rəfiqəmin təkidi ilə depressiyaya düşməmək, vaxtımı maraqlı keçirmək üçün “TikTok”a daxil oldum. Populyar sənət adamlarının “TikTok”da olmasına heç də pis baxmıram. Amma nədənsə məşhurlar paylaşımlarına görə daha çox tənqidlərə məruz qalır. Necə olur, digər sosial şəbəkələrdə paylaşımlarımıza görə bizi qınamırlar, amma “TikTok”da pul qazananları qınayırıq. Hansı ki, qazancın 100 faizin cəmi 30 faizi həmin şəxsə qalır.

Tanınmışlar da insandır, niyə onlar daha çox qınaq atəşinə tutulmalıdır?

Biz də normal insanlarıq, nə olar məşhur olanda?! O platformanı ona görə çox bəyənirəm ki, insanların siması canlı yayımlarında dərhal üzə çıxır. Onları tənqid edənlər də var, eləcə də tərifləyən və təhqir edənlər də. Amma heç kim heç kəsi məcbur etmir ki, məni izlə, yaxud da mənə hədiyyə göndər. Necə ki, tanınmayan bir kişi ya qadına hədiyyə göndərirlər, elə də mənə. Danışıram, adam mənim danışdıqlarımı bəyənmirsə, o hədiyyəni onsuz da göndərməyəcək. O ki qaldı hədiyyə üçün yalvarışlara, bunun əleyhinəyəm. “TikTok” da digər sosial şəbəkələr kimi təbliğat xarakteri daşıyır. Burada daha gözəl paylaşımlar etmək olar. Heç kim heç kimi məcbur etmir ki, özünü əxlaqsız aparan, davranışları ilə ikrah doğuran adamlara, yaxud da pula görə yalvaranlara bax və hədiyyə göndər. Mən elələrinə heç baxmıram da. Kimlərin ki, ehtiyacı var, ona göndərirəm. Kimlər ki, yalvarır, hər kəs kimi mən də onlara yaxşı baxmıram”.

Cəvahir

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv