!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış qarmon ifaçısı vəfat etdi

!Reklam – Yazi

Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook’ hesabında yazıb.

“Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan”, – paylaşımda deyilir.

Qeyd edək ki, Hüseyn Bakılı məşhur muğam ustası, xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur.

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv