!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış rejissor dəfn edildi – Yenilənib

!Reklam – Yazi

84f44a1e-57ca-41ba-94fc-a586dc0878c7Bu gün Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyev dünyasını dəyişib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, mərhum bugün saat 13:00-da Əhmədli qəsəbəsi, Gəncə prospektindəki evindən (Xəzər univermağının yanı) son mənzilə yola salınacaq.

Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F.Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi Azərbaycan kinosunda xüsusi yer tutan filmlərin quruluşçu rejissoru olmuşdur.

Qeyd edək ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

***

Rejissor Fikrət Əliyev Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv