!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış rejissordan SƏRT SÖZLƏR: “Kinomuzu kim idarə edir: Məmur, yoxsa...?”

!Reklam – Yazi

2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 milyon maliyyə vəsaitinin bölgüsü müəyyən olunub.

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış rejissor, Peşəkar Rejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev açıqlamasında bildirib.

“2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 mln. maliyyə vəsaitinin bölgüsünün mənzərəsi axır ki aydınlaşdı:

1. 3,0 mln. manat Türkiyə kinoşirkətinə – Qarabağla bağlı serialın çəkilişinə; 2. 1,5 mln. manat BMM-ə – H.Z.Tağıyev haqqında bədii filmin istehsalına; 3. 1,5 mln. manat “Azərbaycanfilm” kinostudiyası – sənədli filmlərin istehsalına; 4. 0,5 mln. manat təlimlər, müsabiqələr və s.

Bu bölgünün hansı məntiqə əsasən və kim tərəfindən aparılmasından aslı olmayaraq, qətiyyətlə deyə bilərəm ki, bu bölgü milli kinomuzun və sənətçilərimizin potensialının inkişafına yönəlməyib. Bu bölgünü aparanların məqsədlərində milli kinomuzdan başqa nə istəsəniz var idi…
Türkiyəyə və kinosuna, canım qurban… Lap tutaq ki, onlar bizdən yaxşı və keyfiyyətli çəkəcəklər, olsun. Amma sivil ölkələrdə dövlət hər hansı bir mövzu ilə bağlı xarici kino şirkətlərinə sifariş verəndə onu öz sənətçilərinin və istehsalçılarının zərəri hesabına etməməlidir və etmir də! Bu ki aksiomdur! Vallah, mənim bunu deməyim də ayıbdır… Nə qədər öz sənətçilərinə hömətsizlik edəsən ki, belə bir qərar verəsən.

Rejissor, eyni zamanda, milli kinonun taleyi ilə bağlı narahatlığını da ifadə edib:

“Bu bölgü bir daha göstərdi ki, kinomuzda heç nə dəyişməyib. Milli kinomuzun faciəsi davam edir, problemlər və suallar günü-gündən azalmaq əvəzinə, artır… Ən birinci və vacib sual isə budur: Kinomuzu “idarə edən” kimdir: Məmur? Siyasətçi? İqtisadçı? Maliyyəçi? Sahibkar? Həvəskar? Yoxsa peşəkar?”

Cəvahir

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv