!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış şairdən SƏRT TƏNQİD: “Eyni “sıfatlar”, hamısı da xoruz buraxa-buraxa oxuyur” - VİDEO

!Reklam – Yazi

“Küçədən keçəni dartıb gətirirlər efirlərə. Baxmırlar, çılpaqdır, geyimlidir. Səhər-səhər xoruz buraxa-buraxa oxuyurlar. Guya canlı oxuyurlar. Nə qədər kanal var, hamısı bir-birini təkrarlayır. Eyni müğənnilər, eyni simalar. Simalar deməyim, məşhur bir ifadə var e, eyni “sıfat”lar. Nə qədər olar axı. O boyda MTRŞ yaranıb, nəyə baxır o qurum?”

Bu sözləri bir çox məşhur hitlərin sözlərinin müəllifi olan tanınmış şair Baba Vəziroğlu Yenicag.az-a açıqlamasında deyib.

Bayağı mahnıların ayaq tutub yeridiyi bir vaxtda zövqlərin korşaldığını bildirən şair bunun qarşısını almaq üçün çıxış yolunu göstərib:

“Məşhur bir məsəl var, ölünü özbaşına qoysan, kəfəni cırar. Heç nəyi özbaşına qoymaq olmaz. İnsan xisləti belədir ki, həmişə yüngül, bayağı şeylərə meyil edir. Musiqi sahəsində bunlara bir nəzarət olunmalıdır”.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

1310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv