!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış yazıçıdan AYB-yə ağır sözlər: "Bakıda evi olan, ədəbi mühitdə tanınmayan düşük birisinə..."

!Reklam – Yazi

“1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, “itiriblər”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbiyyat adamlarına mənzil verməsinə münasibət bildirən yazıçı, tərcüməçi Zahid Sarıtorpaq sosial media hesabında yazıb.

O, haqqının tapdalandigini bildirib:

“AYB yenə mənzil paylayıb. Layiq olanları təbrik edirəm.

Mənim kimilərini həmişə görməzdən gəldilər… və susdum… İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə M.Qorki adına ədəbiyyat institutunu bitirənlərə H.Əliyevin tapşırığıyla mənzillər veriləndə yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim.

35 ildir AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, “itiriblər”. 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə… Övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-yə üzv seçilən (bu barədə sonralar xəbər tutdum), Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə mənzil pulu (?) verdilər (9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər), yenə mən yada düşmədim.

66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB-də də gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Hələ üzə çıxarmadıqlarım da var. Təvazökarlıqdan uzaq olsa da, romanlarımla bağlı elmi araşdırma aparılır. Üzünü belə görmədiyim, yazılarıma dəyər verən insanlar var ki, mətnlərimlə bağlı doktorantlıq işi yazırlar… Onlarla xarici müəlliflərin əsərlərini dilimizə çevirmişəm. Yəni, doğrudan da, bunlardan AYB rəhbərliyinin xəbəri yoxdur? Nəyə görə haqqa göz yumurlar? Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun Ayıb olsun…”

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv