!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmışlar yeni ili harada qeyd edəcək, Azərbaycanda, yoxsa xaricdə? - SORĞU

!Reklam – Yazi

Pələng ilinin başa çatmasına sayılı günlər qalıb. Qaprşıdan dovşan ili gəlir.

Məşhurlarımız Yeni ili harada qarşılayacaq, Azərbaycanda, yoxsa xaricdə?

Yenicag.az tanınmışlar arasında keçirdiyi sorğunu təqdim edir:


Rövşanə Ağasəfqızı, aparıcı:

“Əvvəl qardaşımgildə, 12-dən sonra isə rəfiqəm Vəfa xanımgildə. Dostlar hamımız Vəfagilə yığışırıq. Xaricə getməyi düşünmürük. Bölgələrdə də qiymətlər kosmik həddədir. O qədər pul xərcləyib getməyinə dəyməz. Əsas odur, sevdiklərin yanında olsun. Ən gözəl il əzizlərin, doğmaların əhatəsində qarşıladığın ildir”.


Sərxan Kərəmoğlu, şoumen, aktyor, müğənni:

“Mən yeni ili Kremldə qarşılayacağam”.

Gülzar Fərəcova, müğənni:

“Pələng ili mənim üçün ağır il oldu, atamı itirdim. Yanvarın 1-i də atamın doğum günüdür. Buna görə də bu il Yeni ili qeyd etməyəcəm”.


Asya Atakişiyeva, aktrisa:

“İşlə bağlı xaricə gedə bilməyəcəyik, yeni ili paytaxt restoranlarının birində qeyd edəcəyik”.


Arzu Kərimova, aktrisa:

“Yeni ilə hazırlaşdığım bir vaxtda dünyalar qədər sevdiyim nənəmi itirdim. Hələ də o ağır itkinin təsiri altındayam. Buna görə Yeni ili qeyd etməyəcəm. Yeni ilə xüsusi hazırlıqlar da etmişdim, amma qismət deyilmiş. Pələng ili xatirimdə çox kədərli il kimi qalacaq”.

Şəhriyar İmanov, aktyor, aparıcı:

“Yeni ili iş başında qarşılayacam. 31 dekabr günü “Alov qüllələri”ndə keçirilən bayram tədbirində olacam”.

 

Zamirə Dadaşova, aparıcı:

“Ailə ilə birgə evdə qeyd edəcəyik”.

Cəvahir

 

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv