!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmışların Milli Mətbuat Günü ilə bağlı TƏƏSSÜRATLARI - SORĞU

!Reklam – Yazi

22 iyul Milli Mətbuat Günüdür.

Yenicag.az Mətbuat günündə tanınmışların təəssüratlarını təqdim edir:

Vahid Əziz, Xalq şairi:

– Arzu edirəm ki, bəzi, özlərini jurnalist sayanlar, süni sensasiyalar yaradaraq, qaşınmayan yerdən qan çıxarmağa çalışmasınlar. Qələminə hörmət edən bütün peşəkar jurnalistləri təbrik edirəm.

Mənsum İbrahimov, xanəndə, Xalq artisti:

– Əsl jurnalistlər fədakar peşə sahibləridir. Milli Mətbuat Günü münasibətilə dəyərli peşə sahiblərini ürəkdən təbrik edirəm, uğurlar arzulayıram. Hər zaman ədalətli, cəsarətli olmağı arzulayıram. Əziz qələm sahibləri, peşə bayramınız mübarək olsun.

 

Aybəniz Haşımova, müğənni, Əməkdar artist:

– Azərbaycan jurnalistlərinə səslənirəm, sizi sevirəm, yaxşı ki, varımsız. Həmişə sənətkarların yanında olmusuz, onların qayğısına qalmısız. Ən əsası, onları sevmisiniz. Allahdan bir arzum var, Allah  sizi heç vaxt tək buraxmasın. O sevginin qarşılığı olaraq hər zaman sizlərə sadiq olmağa çalışacam, sizi sevməyə davam edəcəm. Söz verirəm.

 

Möhlət Müslümov, tarzən, Xalq artisti:

– Başda siz olmaqla bütün jurnalistləri təbrik edirəm. Peşəkar jurnalistləri çox sevirəm, onlar bizə çox lazımdır. Gənc vaxtlarımdan jurnalistlərin dostu olmuşam. Hətta məni qonşular tanımırdı, amma jurnalistlər tanıyırdı. Haqqımda yazılan bütün yazıları saxlayıram. Onlara dürüstlük, sağlam düşüncə, can sağlığı arzulayıram. Jurnalistlər qan yatırır, ağlı olmayanların başına ağıl qoyur. Bayramınız mübarək!

 

Əfsanə Qasımova, “Miss Azərbaycan” gözəllik yarışmasının qalibi, model-aktrisa:

– Mən özüm “Miss Azərbaycan” qalibi olmamışdan öncə, 2014-cü ildə “Miss Press Azərbaycan” seçilmişəm. Hər zaman jurnalistlər mənim üçün çox dəyərli olub və olacaq da. Özüm də həmişə mətbuata açıq insanam. Arzum budur, qələminiz iti, sözünüz kəsərli olsun. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan mətbuatı çox inkişaf edib, bu, çox qürurvericidir. Düzünü deyim ki, televiziyalarımızı izləmirəm, dünyada və ölkədə nə baş verirsə, bütün məlumatları operativ olaraq mediadan alıram. Bayramınız mübarək, əziz və dəyərli jurnalistlər.

 

Nicat Kazımov, rejissor, Əməkdar artist:

– Jurnalistlər arasında dostlarım çoxdur. Siz özünüz də onlardan birisiniz. Təəssüflər oslun ki. bu peşədə olub, peşəsinə ləkə gətirən insanlar da var. Bəlkə də onların peşəsi deyil. Hansısa yollarla gəlib bu sahəyə düşüblər. Düşünürəm ki, öz peşəsinə sadiq olan, ləyaqətlə xidmət edən hər bir jurnalist bizim üçün çox əziz və dəyərlidir. Çox istərdim ki, sənət adamları barədə yazanda onların şəxsi həyatını deyil, sənət fəaliyyətləri işıqlandırsınlar. İstər mənfi, istərsə də müsbət, fərqi yoxdur. Təbrik edirəm, bayramınız mübarək.

 

Ülviyyə Murtuzova, UM Psixologiya Mərkəzinin rəhbəri psixoloq:

– Media 4-cü hakimiyyət sayılır. Öz imzasını qorumaq, sona qədər sadiq olmaq asan iş deyil. Mənim də dostlarım sırasında öz qələminə hər zaman hörmətlə yanaşan, özünə, sözünə dəyər verən peşəkar jurnalistlər çoxdur, mən onlarla qürur duyuram. Onlardan biri də sizsiniz, çalışdığınız media orqanıdır. Həmişə saytınızı maraqla izləyirəm. Fərqliliyinizi, operativliyinizi, rəngarəngliyinizi çox sevirəm. Hər zaman peşəkar olaraq qalın. Mətbuatımızın hər zaman çılğın, güclü, peşəkar və operativ olmasını arzulayıram. Bu yolda hər zaman irəliyə , yeni uğurlara doğru. Bayramınız mübarək.

Günay İmamverdiyeva, xanəndə:

Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini, jurnalistlərimizi ürəkdən təbrik edir, onlara bu çətin, şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, hər zaman zəhmətiniz qiymətləndirilsin, mükafatlandırılsın. Biz sənət adamlarımızın sizin əməyiniz danılmazdır. Buna görə də xüsusi təşəkkür edirəm. Yaxşı ki, varsınız, və hər zaman peşənizin başında qürurla dayanın.

Cəvahir

www.yenicag.az

2121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv