!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanış olduğu xanımla oteldə gecələdi, menecerin pullarını oğurladı

!Reklam – Yazi

Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən “Qorqud” oteldə menecer vəzifəsində işləyən xanımın pul qabını oğurlayan şəxsə hökm oxunub.

Yenicag.az xəbər verir ki, 1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavid Qənbərov (ad-soyad şərti) tanış olduğu xanımla sözügedən otelə gedib.

Cavid qadınla otelin 5-ci mərtəbəsində yerləşən otaqda birlikdə qalıb. O, birlikdə gecələdiyi Mehin (ad şərti) adlı qadın yatarkən otaqdan çıxıb və 5-ci mərtəbənin dəhlizində gəzərkən üzərində “depo” yazılmış qapının açıq olduğunu görüb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olub və otel menecerinə məxsus əl çantasından pul qabının içərisindəki 537 manat pulu oğurlayıb.

Məhkəmənin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub./Qaynarinfo.az

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv