!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarif Şurasının YENİ QƏRARI: “Əhalinin daha ucuz qiymətlərlə dərman ala bilməsi üçün..."

!Reklam – Yazi

“Əgər əvvəllər bir dərman 10 manata satılırdısa, indi 9-9,50 manat civarında satışı həyata keçirilə bilər”.

Bu sözləri Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq edilməsinə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu addım müxtəlif qiymət intervalının yaranmasına səbəb olur. Nəticədə əhalinin daha ucuz qiymətlərlə dərman alışı üçün şərait yaranacaq:

“Artıq dərman vasitələrinə aid qiymətlərin yuxarı həddi tənzimlənib və bunun da gələcəkdə dərman bazarında təbii rəqabətin formalaşmasına müəyyən müsbət təsirləri olacaq. Belə ki, əvvəllər dərman vasitələrində vahid qiymət sistemi var idi və bütün apteklər adı çəkilən vasitələri eyni qiymətə satırdı. Bu da həm sahibkarlar arasında rəqabət mühitinin olmamasına, eyni zamanda həvəsləndirici tədbirlərin yoxluğuna gətirib çıxarırdı. Digər tərəfdən bu faktor bəzi dərmanların qıtlığına səbəb olurdu. Buna səbəb də sahibkarların həmin dərmanları ölkəyə gətirmək istəyinin olmamasıyla bağlı olurdu. Beləliklə, satış problemləri yaranırdı.

İndi isə həm topdan satış depolarında, həm pərakəndə satış apteklərində qiymətlərin yuxarı həddi tənzimlənir. Bu da öz növbəsində müxtəlif qiymət intervalının yaranmasına səbəb olur. Nəticədə əhalinin daha ucuz qiymətlərlə dərman alışı üçün şərait yaranacaq. Əgər əvvəllər bir dərman 10 manata satılırdısa, indi 9-9,50 manat civarında satışı həyata keçirilə bilər. Həm də bu topdan satış qiymətlərinə də müəyyən təsirləri olacaq və qiymət intervalı tələb-təklif əsasında müəyyənləşdiriləcək”.

Yusif Səmədzadə

 

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv