!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixdə bir ilk: Sadəcə düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi - FOTO

!Reklam – Yazi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək “X” sosial şəbəkəsində ilk paylaşımını edib.

Bu barədə “Neuralink” neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib.

“Telepathy” (şirkət) “Neuralink” implantından istifadə edərək, sadəcə, düşüncənin köməyi ilə tarixdə ilk paylaşım”, – deyə o bildirib.

Nolan Arbo “Twitter”in onu bot hesab etdiyi üçün qadağa qoyduğunu, lakin “X” və İlon Maskın onun hesabını bərpa etdiyini vurğulayıb.

Qeyd edək ki, 29 yaşlı gənc təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olub, o, çiyinlərindən aşağını hiss etmir. Hazırda Nolan öz notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə, fiqurları yenidən düzə bilir. Arbonun sözlərinə görə, o, kompüter oyunları da oynayır./oxu.az/

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv