!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixdə izi və sözü olanlar - Mehriban Əliyevanın doğum günündə düşündüklərim… - Tənzilə Rüstəmxanlı

!Reklam – Yazi

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə xalımızın həyatında, milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında həmişə müstəsna rol oynayıb.

Tariximizin bütün mərhələlərində Azərbaycan qadının silinməz izi var. O, qayğıkeş ana, zərif ruhlu şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tarix səhifələrində əbədiləşdirib.
Bu baxımdan örnək kimi qəbul etdiyimiz qadınlarımız həmişə olub və indi də var. Ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınının bu böyük ənənələrini ləyaqətlə davam və inkişaf etdirir. O, ölkəmizdə qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş və səmərəli fəaliyyət göstərir.


Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz. Onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla yeni təfəkkür əsas prinsiplərdəndir. Möhkəm xarakteri, sonsuz Vətən sevgisi ilə Azərbaycan üçün Tanrı payı olan Birinci xanım UNESKO və İSESKO kimi beynəlxalq nüfuzlu təşkilatların xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri olaraq öz fəaliyyətində ümumbəşəri dəyərlərə, humanist prinsiplərə, sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfələr verən bir Lider kimi Şərqin və Qərbin ortaq dəyərlərinə əsaslanir. Ədalət, cəsarət, ləyaqət, məhəbbət və mərhəmət kimi ali keyfiyyətləri öz şəxsində birləşdirən Mehriban Əliyeva ötən əsrin 90-cı illərində qədəm qoyduğu siyasi aləmə sübut etdi ki, dünyanı təkcə gözəllik və məhəbbət deyil, həm də kamillik və mərhəmət xilas edə bilər.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradan Mehriban xanım xalqımızın maddi-mənəvi sərvətlərini tanıtmaq yolunda nəcib işə başladı. Fəaliyyətinin mühüm göstəricisi isə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında əks olundu.. O, diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.
Onun fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır. Buna görədir ki, 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədə müsbət qarşılandı. O, daha böyük qətiyyətlə ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi, əsas diqqəti bu problemlərin həllinə yönəltdi. Mehriban Əliyeva sadəcə Birinci vitse-prezident olaraq deyil, ümumiyyətlə, bir vətəndaş, qadın, ana kimi mövqeyini ortaya qoyaraq, Azərbaycan üçün çox böyük işlər gördü və bu işlərin altına öz imzasını atdı. Mehriban Əliyeva ona həvalə edilən bütün sahələrdə uğur qazandığına və ona olan etimadı doğrultduğuna görə xalqın qəlbində Mehriban Əliyeva sevgisi yaşayır.


Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məsləkdsşı və silahdaşıdır. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi ürəyində hiss etdi, şəhid analarının yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı.
Onu bir Lider, İnsan və Ana kimi xalqa sevdirən keyfiyyətləri çox, olduqca çoxdur!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mehriban xanım haqqında dediyi bir fikri xatılatmaq yerinə düşər: “O insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilir. Bu onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik , insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə düsüncəsinə əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri hələ bundan sonra da davam etdirəcək”.
Doğma Azərbaycanımızın inkişafi naminə bu ali və nəcib missiyanı həyata keçirməsi yolunda Mehriban Əliyevaya yeni uğurlar arzulayır, onu Azərbaycan- Tütk qadınlar birliyi adından ürəkdən təbrik edir, ona Allahdan möhkəm can sağlığı diləyirik Qoy Ulu Tanrının Mərhəməti və xeyir-duası həmişə Sizinlə olsun, əziz Mehriban xanım!

26.08. 2023

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv