!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixə çevrilən tarix müəllimi - Kapitan Elnur Cəbrayılov / FOTO 

!Reklam – Yazi

Bu gün kapitan Elnur Cəbrayılovun ildönümüdür.

Yenicag.az xəbər verir ki, Cəbrayılov Elnur Tofiq oğlu 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhər 2 saylı orta məktəbin birinci sinfinə qəbul olub. 1998-ci ildə Göygöl 6 saylı orta məktəbin 11-ci sinifini bitirib. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.

2003-cü ildə Gəncə Dövlət Universitetini bitirib və həmin ilin iyul ayında hərbi xidmətə gedib. N saylı hərbi hissənin Mühəndis-istekam bölüyündə sıravi əsgər kimi xidmətə başlayıb. Xidmət etdiyi dövrdə, 2004-cü il mart ayında imtahan verib və Bakı Hərbi Təlim Tədris mərkəzində hərbi təhsil alaraq leytenant rütbəsi alıb. 2004-cü il avqust ayında Göygöl şəhər 1saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. Ehtiyada olan zabit olub.

2013-cü ildən Baş Leytenant rütbəsi ilə N saylı hərbi hissədə hərbi hissədə təlim tərbiyə üzrə komandir vəzifəsində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 iyun 2019-cu il tarixli əmri ilə «Azərbaycan ordusunun 100 illiyi (1918-2018) yubleyi medalı» ilə təltif olunub. Cəbrayılov Elnur 2016-cı il Aprel döyüşlərində iştirak edib, Lələtəpə yüksəkliyi və ətraf bölgələrin düşməndən azad edilməsində xüsusi şücaət və yüksək nailiyyətlər göstərib. Vəzifəsi taborun hərbi hissədə təlim tərbiyə üzrə komandir rütbəsindən kapitan rütbəsinə yüksəlib. İkinci Qarabağ müharibəsi başlayanda Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək Füzulinin Aşağı Əbdülrəhmanlı kəndində qəhrəmancasına döyüşüb. 13.10.2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Mənfur düşmən kapitan Cəbrayılov Elnurun nəşini gizlətdiyinə görə, onun nəşi 93 gün sonra tapılıb. Yanvarın 16-ı günorta saatlarında nəşi Göygöl şəhərinə gətirilib. Rayon icra hakimiyyəti, hərbi hissə və polis orqanı nümayəndələri Elnurun son mənzilə yola salınmasında istirak ediblər. Kapitan Cəbrayılov Elnur ölümündən sonra
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Füzulinin azad olunması, Xocavəndin azad olunması, Vətən Uğrunda medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv