Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tarixi əsərləri İŞİD-dən qorumaq üçün “rəqəmsal plan”

150825124050_palmyra_temple_destroyed_624x351__nocreditOksford və Harvard universitetinin arxeoloqları möhtəşəm yeniliyə imza atıblar.

Yenicag.az xəbər verir ki, Yaxın Şərqdə İŞİD tərəfindən məhv edilən tarixi əsərlər “rəqəmsal” şəkildə qorunacaq. Belə ki, arxeoloqlar üçölçülü fotoaparatlarla sözügedən qaynar bölgəyə gedərək ,  nadir tarixi əsərlərin fotosunu çəkəcəklər.

Əgər fotosu çəkilən əsərlər İŞİD tərəfindən hər hansı şəkildə məhv edilərsə, üç ölçülü rəqəmsal üsulla həmin fotolar original şəkildə bərpa ediləcək.

Layihəyə 2 milyon funtsterlinq həcmində büdcə ayrıldığı bildirilir. Oksforda bağlı Rəqəmsal Arxeologiya İnstitutunun (İDA) alimlərinin dediyinə görə, onlar mümkün olduğu qədər çox tarixi əsərlərin fotosunu çəkmək istəyirlər. İlk olaraq 5 miyon görüntü əldə etməyi düşünülür.

2017-ci ildə isə bu rəqəmin 20 milyona çatacağı gözlənilir. Eyni zamanda Livan,İran, Yəmən, Əfqanıstan və Türkiyə kimi ölkələrədə də bu iş həyata keçiriləcək.

www.yenicag.az

159