!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi tapıntılar AŞKARLANDI: 200 min illik sirrin ÜSTÜ AÇILIR - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Mardin əyalətinin Qızıltəpə rayonunda yerləşən Uluköy mağarasında arxeoloji qazıntılar zamanı 200 min illik əvvələ aid əşyalar tapılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Mardin Muzey Müdirliyi və Mardin Artuklu Universitetinin (MAÜ) mütəxəssis qrupları tərəfindən aparılan qazıntılar nəticəsində paleolit dövrünə aid çaxmaq daşından hazırlanmış çoxlu kəsici-deşici alətlər tapılıb.

Qazıntı rəhbəri və Mardin Muzeyinin müdiri Qəni Tarkan mağaradan aparılan axtarışlarla bağlı bu məlumatları paylaşıb:

“Uluköy mağarasında aparılan qazıntılar zamanı alt, orta və üst paleolit dövrlərinə aid tapıntılar üzə çıxarılıb. Qazıntılar zamanı çaxmaq daşından əldə edilən kəsici, deşici alətlər, lopa və s. tapmışıq. Bundan başqa, o dövrdə ovda istifadə olunan alətlərə də çatmışıq. Heyvanlara və bəlkə də o dövrdə yaşamış insanlara aid sümük tapıntılarına rast gələ bilərik. İnsan skeleti tapılarsa, bu, bizim üçün çox həyəcanlı olar”.

Sadiq Cavadov

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv