!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tarixi uğura imza atan “Sabah” basketbol klubu ölkəyə qayıtdı

!Reklam – Yazi

FIBA Avropa Kubokunun A qrupunda keçirdiyi hər üç oyunu qələbə ilə başa vuraraq, müntəzəm mövsümdə iştirak hüququ qazanan “Sabah” basketbol klubu Vətənə qayıdıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub.

Komanda üzvlərini Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, basketbolçuların yaxınları və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Sabah” Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və “Nimbruk” (Çexiya) klubları olacaq.

Azərbaycan təmsilçisinin qrupda ilk oyunu oktyabrın 18-də səfərdə “Mornar” klubuna qarşı olacaq./Azertag/

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv