!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tarqovı"da həyəcanlı anlar: Polis FHN-ə xəbər etdi, əhali təxliyə edildi - VİDEO / YENİLƏNDİ 

!Reklam – Yazi

Kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları hadisə yerindədir.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, vəziyyət nəzarətə götürülüb.

Ərazi əhatəyə alınaraq, əhalinin yaxınlaşmasına icazə verilmir.

***

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşları dəvət edilib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

***

Paytaxtın Nizami küçəsində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb.

Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

1527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv