!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl anlaşması böhranı böyüyür - Rusiyadan sərt BƏYANAT

!Reklam – Yazi

Qara dəniz taxıl sazişindən çıxan Rusiya müqavilənin icra edilə bilməyəcəyini iddia etsə də, BMT və Türkiyə sazişin qüvvədə qalması üçün sıx diplomatik hərəkətlər edir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın daşınmaların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini nəzərə alsaq, Qara Dəniz Taxıl Sazişinin “icra ediləsi”nin çox mümkün olmadığını söyləyib.

Ukraynanın addımlarının razılaşmaya xələl gətirdiyini irəli sürən Peskov Rusiyanın razılaşmaya qayıtması üçün hansı mühitin yaradılmasının lazım olduğu sualına cavab verməyib.

Digər tərəfdən, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın taxıl dəhlizi ilə bağlı son hadisələrdən sonra bu axşam rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı həyata keçirəcəyi bilddirilib.

Rusiyanın Qara dəniz taxıl sazişindən çıxmasından sonra Fransa ərzaq məhsullarının Ukraynadan ixrac oluna bilməsi üçün Polşa və ya Rumıniya üzərindən quru daşımaları üzərində çalışdığını açıqlayıb.

Fransanın Kənd Təsərrüfatı Naziri Mark Fesneau bildirib ki, Qara dənizdən ərzaq daşınması mümkün deyilsə, bunun əvəzinə quru daşımaları nəzərdən keçirirəcəyik.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü isə, “Dəniz yolu ilə daşınmaya davam etmək üçün əlimizdən gələni edirik” – deyib.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv