!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl anlaşmasının AQİBƏTİ: “Ərdoğan Putini məcbur edə bilər, amma...”

!Reklam – Yazi

“İndiki vəziyyətdə Putin Türkiyə ilə münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Rusiyanı taxıl anlaşmasının bərpasına razı salmaq imkanlarını dəyərləndirən ukraynalı hüquq müdafiəçisi Mark Feyqin deyib.

Onun sözlərinə görə, Rusiya müəyyən şərtlərlə olsa belə, taxıl anlaşmasının uzadılması ilə razılaşacaq:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələdə Rusiyaya təzyiq etmək üçün yetərincə təsir imkanları var. Digər tərəfdən, indiki vəziyyətdə Putin Türkiyə ilə münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil.

Əgər Putin Türkiyəyə diş göstərsə, o zaman Ankara Ukraynaya silah göndərilməsini intensivləşdirəcək, Kiyevə dəstəyini daha da artıracaq. Türkiyə onsuz da Ukraynaya dəstək verir. O dəstək əvvəl bir idisə, indi on olacaq.

Ancaq taxıl anlaşmasının uzadılması üçün Putinin də müəyyən şərtləri var və hesab edirəm ki, onların bəziləri yerinə yetirilə bilər. Ərdoğanın bu məsələni də ABŞ və digər tərəfdaşları ilə razılaşdırması mümkündür”.

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv