!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl böhranı üzrə danışıqlarda NÖVBƏTİ RAUND - Məkan yenə Türkiyədir

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar kəskinləşən taxıl böhranı üzrə yeni müzakirələrin vaxtı və yeri müəyyənləşib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyə, Ukrayna, Rusiya və BMT təmsilçiləri taxıl böhranının həlli üçün yenidən bir araya gələcəklər.

Məlumata əsasən, Türkiyə Müdafiə Nazirliyi qeyd olunan müzakirələrin bu həftə Türkiyədə baş tutacağını açıqlayıb.

Türkiyənin müdafiə naziri Hülusi Akar bu barədə bildirib ki, adları çəkilən tərəflərin görüşdə taxılın ixrac dəhlizi üzrə razılaşmanı imzalamaları gözlənilir.

Qeyd edək ki, bu məsələnin ilkin müzakirəsi iyulun 13-də Türkiyənin hərbi obyektlərindən birinin ərazisində keçirilib.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv