!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl böhranına Ankara və Kremldən fərqli AÇIQLAMALAR

!Reklam – Yazi

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan taxıl və ərzaq böhranı getdikcə böyüyür. Ötən aylarda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə imzalanan taxıl müqaviləsi çərçivəsində bölgədən taxıl ixracına icazə verilərkən, Rusiya şənbə günü sürpriz bir qərarla razılaşmadan geri çəkilib.

Yenicag.az xəbər verir ki, rəsmi Moskva rəhbərliyi bəzi şərtlər yerinə yetirilənə və Krıma hücumla bağlı istintaq tamamlanana qədər taxıl müqaviləsinə əməl edilməyəcəyini açıqlayıb.

Bu gün Ankara və Moskvanın verdiyi açıqlamalar bir-birinə ziddir.

Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinin əvvəlki kimi yenidən açıldığını bildirib:

“Yaxşı xəbər odur ki, Şoyqu Akarla danışaraq bu gün saat 12-dən taxıl daşınmasının davam edəcəyini bildirib. O, ilk növbədə Afrikanın kasıb ölkələrinə olan Cibuti, Sudana bu dəhlizi işlətməyi tövsiyə etdi, biz də bunu edəcəyik”.

Kremldən verilən açıqlama isə Ərdoğanın dediyinin tam əksini deyir. Kremldən bildirlib ki, dialoq davam edir, lakin Rusiyanın bu sazişdən çəkilməsi hələ də qüvvədədir.

Rusiya müdafiə nazirliyi isə Kremldən verilən açıqlamanın əksini bildirib: “Rusiya verilən zəmanətlərin hazırda yetərli olduğunu düşünür və razılaşmanı davam etdirəcək”.

Rusiyanın taxıl daşınmasını əngəlləməsinə dünyanın reaksiya verməli olduğunu bildirən Zelenski məsələ ilə bağlı bunları deyib:

“Taxıl dəhlizinin etibarlı və uzunmüddətli mühafizəyə ehtiyacı var. Rusiya açıq şəkildə bilməlidir ki, bizim ərzaq ixracımızı pozan istənilən addım dünyanın sərt reaksiyasını alacaq. Bu, sözün əsl mənasında, on milyonlarla insanın həyat məsələsidir”.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv