!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Taxıl dəhlizi" sazişi uzadılacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Taxıl dəhlizi” sazişinin uzadılması ilə bağlı danışıqlar bir həftə ərzində başlayacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

Vaskov bildirib ki, Ukrayna sazişin uzadılmasının tərəfdarıdır:

“Taxıl dəhlizi sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar bir həftədən sonra başlayacaq və biz bütün tərəflərin mövqeyinin nə olacağını görəcəyik. Düşünürəm ki, sağlam düşüncə qalib gələcək və müqavilə uzadılacaq”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukraynanın blokadada olan limanlarından taxıl ixracının bərpasını təmin etmək üçün ötən ilin iyulunda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında “Taxıl sazişi” imzalanıb.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv