!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taxıl sazişi” ilə bağlı mümkün 3 ssenari müzakirə olunacaq

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə taxıl sazişinin mümkün perspektivlərini müzakirə etməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Bildirilir ki, bundan sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tuta bilər.

Türkiyə hakimiyyəti iyulun 17-də icrası dayandırılmış taxıl sazişi ətrafında vəziyyətin inkişafı üçün üç ssenarini müzakirə edir. Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq. Bu da Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda tərəflər arasında dialoq kanalları tamamilə bağlanacaq, “hərbi gərginlik artacaq”.

İkinci ssenari “birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılmasını”, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.

Üçüncü ssenariyə görə, “Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan” sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək. Düşünülür ki, bu, “bütün tərəflərin faydalanacağı və qlobal ərzaq böhranının qarşısını alacaq yeganə variantdır”.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv