!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Taxıl Sazişi"nin müddəti uzadılacaq? - "Rusiyanın başqa çıxış yolu yoxdur” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan bir müddət öncədən ərzaq təhlükəsizliyinə strateji yanaşdığından bazarlarda ölkənin buğda ehtiyatları risk yaşamır”.

Bu sözləri Rusiya və Ukrayna arasında əldə edilmiş “Taxıl Müqaviləsi”nin müddətinin bitməsi fonunda dünyada və ölkədə yarana biləcək iqtisadi risklərə münasibıət bildirən iqtisadi ekspert Eldəniz Əmirov Yenicag.az-a verdiyi açıqlamada qeyd edib.


O bildirib ki, mövcud vəziyyətlə bağlı müəyyən təsərrüfat subyektlərinin məhdudiyyətlərə getməsinə ehtiyac duyulmur:

“Taxıl Müqaviləsinin müddəti bitsə də, qısa müddətli dövr ərzində təlatümlər ola bilər. Amma ümumilikdə isə, Taxıl Sazişi böyük ehtimalla uzadıla bilər. Rusiya tərəfi sadəcə olaraq hazırkı vəziyyətdə maksimum təsir imkanlarından faydalanaraq güzəştlər əldə etmək niyyətindədir ki, bu da onlara qarşı qoyulan sanksiyalardan irəli gəlir.

Sazişi uzatmaqdan başqa Rusiyanın başqa çıxış yolu yoxdur. Çünki əks təqdirdə Rusiyaya qarşı olmayan bir neçə ölkə vardır ki, onlarla da münasibətlər korlana bilər. Bu ölkələrdən biri də Türkiyədir.

Bu baxımdan hesab edirəm ki, Rusiya öz diqtəsinə nail ola bilməyəcək. Ən azı bir neçə istiqamətdə : kənd təsərrüfatı bankının SWIFT–ə geri qaytarılması, həm də Rusiya gəmilərinə qarşı qoyulan sanksiyaların geri götürülməsi Rusiyanın tələblərindəndir. Bu tələblərin isə, baş verməsini düşünmürəm.

Müqavilənin uzanıb-uzanmamasının Azərbaycana təsirlərinə gəldikdə isə, müşahidələr deməyə əsas verir ki, ölkədə həm çörəyin, həm də unun qiymətində artma dünya bazarlarında taxılın qiymət artımından 3-4 ay sonra baş verir. Çünki Azərbaycan bir müddət öncədən ərzaq təhlükəsizliyinə strateji yanaşdığından bazarlarda ölkənin buğda ehtiyatları risk yaşamır.

Ola bilər ki, sözügedən məsələ ilə bağlı müəyyən təsərrüfat subyektləri məhdudiyyətlər tətbiq etsinlər. Amma fikrimcə, bu cür məhdudiyyətlərə ehtiyac yoxdur. Yaxın müddət ərzində dünya 2022 – ci ildə olduğu kimi maksimal qiymət artımı yaşamayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv