!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tayvan böhranı kəskinləşir: Çin döyüş təyyarələrini havaya qaldırdı

!Reklam – Yazi

Çin döyüş təyyarələri və gəmiləri bu gün səhər saatlarından etibarən Tayvan adasını mühasirəyə alıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu gün Tayvana səfər edəcəyi gözləntiləri rəsmi Pekin və Vaşinqton arasında gərginliyə səbəb olub.

ABŞ-yə dəfələrlə sərt mesajlarla xəbərdarlıq edən Çin hökuməti buna cavab olaraq Tayvana döyüş təyyarələri göndərib.

Çin döyüş təyyarələrinin Tayvan adasının ətrafında uçduğu və gərginliyin çox yüksək olduğu məlumatı paylaşılır. Çin döyüş gəmilərini bölgəyə yerləşdirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian dünən deyib ki, Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək və Çin ordusu Pelosinin səfərini “oturub izləməyəcək”:

“Gözləsinlər, görsünlər ki, buna cəsarət etsələr, biz nə edəcəyik”.

Tayvan Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada ordunun döyüşə hazır vəziyyətə gətirildiyini bildirib.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv