!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tiflis Botanika Bağında Heydər Əliyev adına xatirə nar bağı salındı - FOTO

!Reklam – Yazi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gürcüstanın paytaxtı Tiflisdə yerləşən nəbatat bağında xatirə nar bağı salınıb.

Yenicag.az APA-ya isyinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgia şirkətinin təşəbbüsü ilə həyata keçirilmiş aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyevin Tiflisdəki abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.

Diplomatik korpusun nümayəndələri daha sonra nəbatat bağına qalxaraq Heydər Əliyev adına xatirə bağının salınmasında iştirak ediblər. Nar bağında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Tiflis Botanika Bağına hədiyyə etdiyi 100 ədəd nar ağacı əkilib. Nar ağaclarının Göyçay rayonundan göndərildiyi qeyd olunub.

Xatirə bağının girişində narın Azərbaycan üçün iqtisadi əhəmiyyəti, Azərbaycan mədəniyyətində, kulinariyasında, simvolikasında tutduğu yer, həmçinin keçirilən nar festivalları barədə məlumatverici lövhə quraşdırılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Vatikan səfiri Jose Avellino Betanikur, Macarıstanın Gürcüstandakı səfiri Anna Maria Siko, Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze, eləcə də Gürcüstanın digər ictimai-siyasi və din xadimləri, azərbaycanlı iş adamları iştirak ediblər.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv