!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tbilisidə parlament qarşısında etirazlar keçirilir

!Reklam – Yazi

Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirilir.

Yenicag.az xəbər verir ki, Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir./Trend/

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv