Tbilisidəki teleqüllə Azərbaycan bayrağına büründü

“Tbilisi teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkalini özünün “Twitter” hesabında paylaşım edib.

“Biz hamımız bir qayıqdayıq. Hamımız bir yerdə qalib gələ bilərik”, – deyə XİN başçısı qeyd edib.